Rəqib baş məşqçi: “Azərreyl” güclü komandadır
“Azərreyl”in video yazısını izləsəniz, onların nə dərəcədə güclü olduğunu dərhal başa düşərsiz”. İdman.com.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” voleybol klubunun baş məşqçisi Svetlana İliç deyib.

O, fevralın 1-də Avropa Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində qəbul edəcəkləri “Azərreyl”lə bağlı fikirlərini açıqlayıb. İliç bildirib ki, Bakı təmsilçisi güclü olsa da, zəif nöqtələri də var:

“Komandamız Polina Rəhimova, Oksana Kovalçuk və Paulino De Souza Pereyraya xüsusi diqqət yetirməlidir. Çox vacibdir ki, bizim blok bu 3 voleybolçunun qarşısını ala bilsin. Onların oyunlarına bir neçə dəfə baxdıqdan sonra başa düşdük ki, top qəbulunda problemləri var. Bundan yararlanmağa çalışacağıq”.
Qeyd edək ki, Sürixdə keçiriləcək “Volero” – “Azərreyl” görüşü Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.

Xəbər 970 dəfə oxundu.