İtaliya millisində daha bir itki | |
"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığması daha bir itki ilə üzləşib. Komandanın müdafiəçisi Domeniko Berardi zədələnərək sıradan çıxıb. A Seriyasının 7-ci turunda "Empoli" ilə görüşdə zədələnən "Sassuolo"nun futbolçusu seçmə mərhələdə Azərbaycan və Norveçlə oyunlarda komandasına kömək edə bilməyəcək. Onun zədəsi haqda danışan İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib: "Berardinin zədəsi ciddi deyil. Ancaq ağrılar hiss edir. Həmçinin zədədən yenicə qayıtdığı üçün bir qədər qorxur. Bu səbəbdən o evə qayıtmağı və bərpa olunmağı üstün tutdu". Qeyd edək ki, daha öncə "Milan"ın müdafiəçisi Luka Antonelli zədə səbəbindən yığmadan kənarlaşdırılıb. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|