Elman Rüstəmov: Həm Azərbaycan millisindən, həm də “SOCAR” klubundan çempionluq gözləyirik”
“SOCAR” klubu şahmat üzrə Avropa kubokunun hazırkı qalibidir. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması isə hazırkı qitə çempionudur. Bu, onu göstərir ki, biz favoritlərdən sayılırıq.

Bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov zəka ustalarımızın iştirak edəcəkləri qarşıdakı yarışlar barədə danışarkən deyib.

“Hər iki komandamızdan titullarını qorumaq tələb olunur. Yarışlara qələbə üçün yollanacağıq. İstərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdir. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğurlar qazana bilər”, - deyə Elman Rüstəmov əlavə edib.

Xəbər 770 dəfə oxundu.