Oturaq voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında dörddəbir final mərhələsinə yüksəlib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin oturaq voleybol idman növü üzrə milli komandası Almaniyanın Varendorf şəhərində keçirilən Avropa çempionatında iştirakını davam etdirir.

Rio-De-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda millimiz üçüncü oyununda Ukrayna yığması ilə qarşılaşıb. Görüş ukraynalı voleybolçuların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Buna baxmayaraq, Azərbaycan millisi çempionatın dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə voleybolçularımızın rəqibi Almaniya kollektivi olacaq.

İdmançılarımız ilk oyunda Rusiya yığmasına 2:3 hesabı ilə məğlub olsa da, növbəti görüşdə Latviya millisini məğlub etmişdi - 3:0.

Avropa birinciliyinə oktyabrın 8-də yekun vurulacaq.

Xəbər 989 dəfə oxundu.