Zlatan İbrahimoviç “Paris-Sen-Jermen” komandasının heyətində yeni rekord müəyyən edib
Fransanın “Paris-Sen-Jermen” komandasının isveçli ulduz futbolçusu Zlatan İbrahimoviç klub tarixində yeni rekord müəyyənləşdirib.

Ölkə çempionatının sonuncu turunda “Olimpik Marsel”i 2:1 hesabı ilə məğlubiyyətə uğradan parislilərin heyətində dubl edən Z.İbrahimoviç forma geydiyi klubda 110-cu qolunu rəsmiləşdirib. O, bu nəticə ilə aktivində 109 qol olan Pedro Pauletanı geridə qoyub. İsveçli futbolçu bu nəticəyə 137 matçda nail olub.

Z.İbrahimoviç oyunun 41-ci və 44-cü dəqiqələrində on bir metrlik cərimə zərbələrini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Xəbər 730 dəfə oxundu.