Azərbaycanın U-21 komandasının Avstriya və Finlandiya milliləri ilə oyun üçün heyəti açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da səfərdə Avstriya, oktyabrın 13-də isə Bakıda Finlandiya yığması ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.

Heyətə Fəhmin Muradbəyli, Elvin Bədəlov, Məqsəd İsayev, Rahil Məmmədov (“Neftçi”), Şahrudin Maqomedaliyev, Cəmil Hacıyev, Tərlan Əhmədli (“Sumqayıt”), Adil Nağıyev, Tellur Mütəllimov (“Zirə”), Rəşad Əzizli, Nicat Muxtarov (“Rəvan”), Abbas Hüseynov, Fuad Bayramov (“İnter”), Budaq Nəsirov, Azad Kərimov (“Kəpəz”), Azər Salahlı (“Qarabağ”), Tural Hümbətov (AZAL), Elvin Camalov (“Qəbələ”), Kərəm Benke (“TSG Neustrelitz”, Almaniya) və Taşkın İlter (“TSG Neustrelitz”, Almaniya) dəvət olunub.

Xəbər 819 dəfə oxundu.