Subaşiçin komandası səfər oyununda məğlub oldu
Serbiya Super Liqasında 12-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Voyvodina" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir matçın 74-cü dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, "OFK Belqrad" hazırda 9 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər 700 dəfə oxundu.