Vüqar Əsgərov Latviyada 15-ci qoluna imza atdı
Latviya 1-ci liqasında 25-ci turun oyunları keçirilir.

Millimizin sabiq hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" klubu səfərdə "Oqre" ilə qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub. O, hesab 1:1 olarkən 48-ci dəqiqədə qol vuraraq, komandasını hesabda önə keçirib. Amma 57-ci dəqiqədə rəqib yenidən hesaba tarazlıq gətirib və matç sülhlə başa çatıb.

Qeyd edək ki, bu, Əsgərovun "1625 Liepaya" klubunda 15-ci qoludur. Onun komandası isə 51 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər 694 dəfə oxundu.