Kəpəz Sumqayıta qalib gəlir (YENILƏNİR)
Bu gün Topaz Premyer Liqasında 7-ci tura yekun vurulur. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun son oyun günündə 3 görüş keçiriləcək.

Öncə “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq. Turun mərkəzi oyununda liderlər qrupunda qərarlaşmış iki komanda qarşılaşacaq. Belə ki, lider və son çempion "Qarabağ" səfərdə əsas izləyicisi “İnter”in qonağı olacaq. Nəhayət, turun qapanış matçında “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı sınağa çəkəcək.

Topaz Premyer Liqası
7-ci tur
4 oktyabr (bazar)

“Kəpəz” - “Sumqayıt” - 1:0 (2-ci hissə)
Qol: J.Osvaldo, 9 (1:0).
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Dario Federiko Junior, 7. Juninyo, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik, 90. Julien Ebah, 15. Azad Kərimov.
Baş məşqçi: Şahin Diniyev.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Pərdis Fərcad–Azad, 10. Uğur Pamuk, 21. Ramil Orucov, 23. Tural Rzayev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev.
Baş məşqçi: Aqil Məmmədov.

19:00. “İnter” - “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.
Bakı. “İnter Arena”.

21:00. “Qəbələ” - “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu.

Turun digər oyunları: AZAL - “Rəvan” - 1:0, “Zirə” - “Neftçi” - 2:0.

Bombardirlər:
3 - Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dieqo Martins ("İnter"), Aleksey Qay ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ").

Xəbər 738 dəfə oxundu.