Azərbaycan Gürcüstanı 3 cavabsız qolla məğlub etdi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü matçını keçirib. Millimiz bu dəfə Gürcüstanla üz-üzə gəlib.

Görüş Azərbaycan yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb.

AÇ-nin seçmə mərhələsi
3-cü tur
4 oktyabr

Azərbaycan - Gürcüstan - 5:0 (3:0)
Qollar: Özdəmir, 4 (1:0), 30 (3:0), 80+1 (5:0), Uyğun, 8 (2:0), Məmmədəliyeva, 49 (4:0).
Eupen (Belçika), "Kehrveq" stadionu.
Baş hakim: Şarlott Karpenter (Uels).

Azərbaycan: Nigar Abdulova, Arzu Əliyeva, Dilgə Uyğun, Ayşən Əhmədova, Firəngiz Teymurova, Vüsalə Hacıyeva, Çağla Qanpara, Gültac Məmmədəliyeva, Vüsalə Seyfəddinova, Gizəm Tənəkəçi, Mərvə Özdəmir (k).

Qeyd edək ki, Azərbaycan əvvəlki oyunlarında Çexiya (1:4) və Belçikaya (0:1) uduzmuşdu.

Qrupun digər oyununda Belçika Çexiyaya 4:2 hesabıyla qalib gəlib.

Qrupdakı son durum: Belçika - 9, Çexiya - 6, Azərbaycan - 3, Gürcüstan - 0.

Xəbər 696 dəfə oxundu.