İsrafilov oynadı, komandası qələbə qazandı
İspaniya La Liqasında 7-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Las Palmas"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Maraqlıdır ki, İsrafilov ötən tur olduğu kimi, bu qarşılaşmanın da məhz 69-cu dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Eybar" hazırda 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər 732 dəfə oxundu.