Premyer Liqa: ​"Zirə" "Neftçi" üzərində qələbə qazanıb
Oktyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.

Bakının "Zirə" klubu flaqman "Neftçi"ni qəbul edib.
Görüş ev sahiblərinin 2:0-lıq qələbəsi ilə başa çatıb. "Neftçi" 47-ci dəqiqədə azlıqda qalıb: Fəhmin Muradbəyli qırmızı vərəqə görərək meydandan qovulub.
Azərbaycan Premyer Liqası, 7-ci tur
"Zirə" - "Neftçi" - 2:0
Qollar: İqor İvanoviç, 19 (1:0), Nelson Bonilla, 71 (2:0).

Xəbər 686 dəfə oxundu.