Oturaq voleybol idman növü üzrə Azərbaycan millisi Avropa çempionatında ilk qələbəsini qazanıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin oturaq voleybol idman növü üzrə milli komandası Almaniyanın Varendorf şəhərində keçirilən Avropa çempionatında iştirakını davam etdirir.

Oktyabrın 3-də Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda millimiz ikinci oyununu keçirib.

Latviya millisi ilə qarşılaşan yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi ilk oyunda Rusiya voleybolçularına 2:3 hesabı ilə məğlub olmuşdu.

Avropa birinciliyinə oktyabrın 8-də yekun vurulacaq.

Xəbər 702 dəfə oxundu.