Sergey Karyakin şahmat üzrə Dünya Kuboku finalının üçüncü partiyasında Pyotr Svidlerə qalib gəlib
Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku finalının üçüncü partiyasında qələbə qazanıb. Onun rəqibi həmyerlisi Pyotr Svidlerdir.

Şənbə günü keçirilən partiya qara fiqurlarla oynayan Sergey Karyakinin 30-cu gedişdə qələbəsi ilə başa çatıb.

İyirmi beş yaşlı Sergey Karyakin Dünya Kubokunun final mərhələsində hesab arasındakı fərqi azaldıb -1:2.

Final mərhələsinin dördüncü partiyası bazar günü - oktyabrın 4-də olacaq. Ağ fiqurlarla Sergey Karyakin oynayacaq. Pyotr Svidler dördüncü turda qalib gələcəyi halda, onun adı tarixə Dünya Kubokunun ilk ikiqat sahibi kimi düşəcək. Peterburqlu şahmatçı artıq 2011-ci ildə Dünya Kubokunun qalibi olub.

Sergey Karyakin qələbə qazanacağı halda isə rəqiblər tay-breyk oynamalı olacaqlar. Onlar 25+10 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər hesab yenidən heç-heçə olarsa, 10+10 vaxt nəzarəti rejimində iki partiya, daha sonra 5+3 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər bütün mini-matçlar qalibi müəyyən edə bilməsə, bu halda 61-ci gedişdən başlayaraq həlledici partiyada ağlar 5, qaralar 4 dəqiqə əldə edir, hər gedişə 3 saniyə əlavə olunur, bu zaman heç-heçə qaraların xeyrinə sayılır.

Final “Fairmont” otelində keçirilir.

Xəbər 687 dəfə oxundu.