Pyotr Svidler şahmat üzrə Dünya Kubokunun ikinci final partiyasında da qələbə qazandı
Otuz doqquz yaşlı rusiyalı qrossmeyster Pyotr Svidler həmvətəni Sergey Karyakin üzərində ikinci dəfə qələbə qazanmaqla, Dünya Kuboku yarışlarının final mərhələsində irəli çıxıb.

S.Karyakin 38-ci gedişdən sonra məğlubiyyəti ilə barışıb. Matçda hesab 2:0-dır.

Final mərhələsinin klassik vaxt nəzarəti rejimində nəzərdə tutulan dörd görüşündən üçüncüsü sabah keçiriləcək.

Qeyd edək ki, finalda dörd klassik partiya oynanılandan sonra qalib müəyyən olunmasa, rəqiblər tay-breykdə görüşəcəklər.

Xəbər 592 dəfə oxundu.