Futzal üzrə Azərbaycan millisi İtaliya və Çexiya yığması ilə eyni qrupda yer alıb
Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.

Oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İtaliya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacağı bəlli olub.

Futzal üzrə Avropa çempionatı 2016-cı il fevralın 2-dən 13-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək.

Xəbər 841 dəfə oxundu.