Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı - “AEON CUP-2015” keçirilir
Oktyabrın 2-də Yaponiyanın paytaxtındakı “Tokyo Metropolitan Gymnasium” idman sarayında bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2015” başlayıb.

Yarışda dünyanın 23 ölkəsinin 25 klubunu təmsil edən 75 gimnast mübarizə aparır.

Azərbaycanı çempionatda “Ocaq Sport Club” komandasının tərkibində təcrübəli Marina Durunda, Ayşən Bayramova və yuniorka gimnast Jalə Piriyeva təmsil edirlər.

Açılış mərasimindən sonra idmançıların təsnifat mərhələsində çıxışları başlanıb. “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo” , Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılacaq.

Üç gün davam edəcək yarışların final mərhələsi oktyabrın 3-də və 4-də keçiriləcək.

AZƏRTAC

Xəbər 791 dəfə oxundu.