Azərbycan tanış rəqiblərlə üz-üzə

Xəbər verdiyimiz kimi, bu gün futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib. Serbiyanın Belqrad şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İtaliya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacağı bəlli olub.

Qeyd edək ki, millimiz bu rəqiblərlə AÇ-nin final mərhələsində ilk dəfə üz-üzə gəlmir. Belə ki, AÇ-2010-da Azərbaycan Çex Respublikası ilə iki dəfə qarşılaşıb. Millimiz qrup mərhələsində 6:1 hesablı qələbəyə sevinibsə, üçüncü yer uğrunda 3:5 hesabıyla uduzmuşuq.

İtaliya ilə də AÇ-2014-ün finalında bir dəfə qarşılaşmışıq. Həmin oyunda yığmamız 0:7 hesablı darmadağınla üzləşib.

İtaliya dünya reytinqində dördüncü, Çexiya 11-cidir. Azərbaycan isə 13-cü pillədə qərarlaşıb.

Sonda onu da xatırladaq ki, futzal üzrə Avropa çempionatı 2016-cı il fevralı 2-dən 13-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək.

Xəbər 862 dəfə oxundu.