Bu gün futzalçılarımız mübarizəyə qoşulurlar
Xorvatiyada futzalçıların qitə çempionatı start götürür. İdman.com.az saytının məlumatına görə, 8 dəfə seçmə mərhələlərdə iştirk etmiş Azərbaycan seçməsi qitə çempionatının final mərhələsində elə debüt ilində – 2010-cu ildə yarımfinala qədər irəliləmişdi. Komanda qrupu birinci yerdə başa vurub, 1/4 finalda penaltlər seriyasında ukraynalıları üstələmişdi.

Joze Alesiu elə həmin təcrübəli, əksəriyyəti «Araz» klubunda bir yerdə oynayan futzalçıları Xorvatiyaya aparır. Serjau seçmə mərhələ dövründə 5 qolla komandanın ən sərrast oyunçusu olub. O, həm də 2010-cu il qitə çempionatında azarkeşlərin rəğbətinə ən çox qazanmış futzalçıdır. Biru Jade isə 5 topla yarışın ən sərrast oyunçuları sırasında yer almışdı və ona da «qızıl buts» təqdim edilmişdi.

Komanda budəfəki seçmə mərhələni doğma divarlar arasında keçdi. Qazaxıstana (6:3) və Fransaya (4:2) qalib gəldi, lakin həmişəki kimi favorit olan İspaniyaya böyük hesabla məğlub oldi (3:8).
Baş məşqçinin əvəzinə, UEFA-nın rəsmi saytına açıqlama verən qapıçı Andrey Tveryankin belə deyir: «Azərbaycan 2010-cu ilin uğurunu təkrarlamağa qadirdir. Bu uğuru qazanmaq üçün kifayət qədər gücümüz var. Lakin yalnız turnir həqiqəti üzə çıxaracaq».

Azərbaycan 2010-cu il qitə çempionatında:

«A» qrupu
Macarıstan – Azərbaycan. 1:3
19 yanvar. Budapeşt. «Laslo Papp» arenası. 4500 tamaşaçı.
Hakimlər: 1.Massimo Çumbo (İtaliya), 2.Paskal Lemal (Belçika), 3.Aleksandr Remin (Belarus).
Saniyəölçən: Boqdan Soresku (Rumıniya).
Qol: Lodi, 2,16//Biru Jade, 0,50; Serjiu, 12,34; Alveş, 16,01.
Macarıstan: Zoltan Balaş, Şabolcş Tot, Tamaş Lodi, Yanoş Madaraş, Jolt Qyurçanyi, Zoltan Reveland, Qabor Nagi, Yanoş Trençenyi, Norbert Lovaş, Peter Şivak, Zoltán Drot, Andraş Anqyaloş. Baş məşqçi: Mihali Kozma.
Azərbaycan: Andrey Tveryankin, Serjiu Luiş Lukaş, Felipe Ribeyru Dos Santos, Rizvan Fərzəliyev, Nilson Maşadu «Biru Jade», Sergey Çuykov, Edilson Alveş de Souza, Qabriel Tyaqu Rodrigeş, Namiq Məmmədkərimov, Vitali Borisov, Marat Salyanski.
Baş məşqçi: Alesiu Da Silva.

Azərbaycan – Çex Resp. 6:1
21 yanvar. Budapeşt. «Laslo Papp» arenası. 3000 tamaşaçı.
Hakimlər: 1.Aleksandr Remin (Belarus), 2.Boqdan Soresku (Rumıniya), 3.Massimo Çumbo (İtaliya).
Saniyəölçən: Paskal Lemal (Belçika).
Qol: Biru Jade, 2,45; 37,32, Borisov, 7,25; 28,45; Serjau, 10,31; Tyaqu, 23,29//Reşetar, 26,04.
Azərbaycan: Andrey Tveryankin, Serjiu Luiş Lukaş, Felipe Ribeyru Dos Santos, Rizvan Farzaliyev, Nilson Maşadu Biru Jade, Sergey Çuykov, Edilson Alveş de Souza, Rəcəb Fərəczadə, Qabriel Tyaqu Rodrigeş, Namiq Məmmədkərimov, Vitali Borisov, Marat Salyanski. Baş məşqçi: Alesiu Da Silva.
Çex Resp: Tomaş Meller, Radek Polaşek, David Friç, Zdenek Slama, Yan Yanovski, Libor Gerçak, Vit Blajey, Radovan Krulik, Yosef Havel, Marek Kopeçki, Lukaş Reşetar, Mixal Beley. Baş məşqçi: Tomaş Nöymann.

O Q H M T X
1.Azərbaycan 2 2 0 0 9-2 6
2.Çex Resp. 2 1 0 1 7-11 3
3.Macarıstan 2 0 0 2 6-9 0

1/4 final

25 yanvar
Azərbaycan – Ukrayna. 3:3-pen ilə 4:2
Budapeşt. Laslo Papp arenası.
Hakimlər: 1.İvan Şabanov (Rusiya), 2.Tommi Qrönman (Finlandiya), 3.Stefan Kammerer (Almaniya).
Saniyəölçən: Marselinyo Blaskes Syerra (İspaniya).
Qol: Fərzəliyev, 02,55; Tyaqu, 17,24; Biru Jade, 24,58//Romanov, 00,08; Çepornyuk, 10,34; Kondratyuk, 33,52.
Sarı vərəqə: Biru Jade, 14,29; Tyaqu, 34,57; Tveryankin, 35,47; Fərzəliyev, 39,48//Silçenko, 26,10,
İstifadə olunmayan penalti: Leqçanov, 39,49.
Penaltilər seriyası: 1.Zamyatin (+) – Serjiu (+); 2.Romanov (+) – Tyaqu (+); 3.Pavlenko (-) - Biru Jade (+); 4.Çepornyuk (-) – Fərzəliyev (+).
Azərbaycan: Andrey Tveryankin, Serjiu Luiş Lukaş, Felipe Ribeyru Dos Santos, Nilson Maşadu Biru Jade, Sergey Çuykov, Edilson Alveş de Souza, Qabriel Tyaqu Rodrigeş, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Marat Salyanski. Baş məşqçi: Joze Alesiu Da Silva.
Ukrayna: Vladislav Lısenko, Mixaylo Romanov, Yevgeni Roqaçov, Sergey Çepornyuk, Valeri Zamyatin, Vladislav Korneyev, Maksim Pavlenko, Dmitro İvanov, Denis Ovsyannikov, Valeri Leqçanov, Aleksandr Kondratyuk, Dmitro Silçenko. Baş məşqçi: Gennadi Lisençuk.

1/2 final

28 yanvar
Azərbaycan – Portuqaliya. 3:3-pen ilə 3:5
Debresen. «Föniks arena».
Hakimlər: 1.Borut Siviç (Sloveniya), 2.Paskal Lemal (Belçika), 3.Stefan Kammerer (Almaniya).
Saniyəölçən: Qabor Kovaç (Macarıstan).
Qol: Tyaqu 07,40; Felipe, 17,13; Biru Jade, 28,48//Kardinal, 9,43; Joau Matuş, 27,27; Pedru Koşta, 28,02.
Sarı vərəqə: Biru Jade, 18,41.
Penaltilər seriyası: 1. Keyruş (+) – Serjiu (+); 2.Kardinal (+) – Tyaqu (-); 3.Leytau (+) -Biru Jade (+); 4.Pedru Koşta (+) – Fərzəliyev (+). 5.Qonsalu Alveş (+).
Azərbaycan: Andrey Tveryankin, Serjiu Luiş Lukaş, Felipe Ribeyru Dos Santos, Nilson Maşadu Biru Jade, Sergey Çuykov, Edilson Alveş de Souza, Qabriel Tyaqu Rodrigeş, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Marat Salyanski. Baş məşqçi: Joze Alesiu Da Silva.
Portuqaliya: Bebe, Leytau, Arnaldu, Qonsalu Alveş, Joau Matuş, Joau Beneditu, Evandru, Pedru Koşta, Joel Keyruş, Kardinal, İsrael, Pedru Kari. Baş məşqçi: Orlandu Fransisku Alveş Duarte.

3-cü yer uğrunda oyun

Azərbaycan – Çex Resp. 3:5.
Debresen. «Föniks arena».
Hakimlər: 1.Oleq İvanov (Ukrayna), 2.Borut Siviç (Sloveniya), 3.Tommi Qrönman (Finlandiya).
Saniyəölçən: Stefan Kammerer (Almaniya).
Qol: Borisov, 07,44; Serjiu, 18,45; Fərəczadə, 37,17//Beley, 00,27; Şlyama, 23,01; Fərzəliyev, 25,53-öz qap.; İ.Novotnı, 35,22; Kopeçki, 39,51.
İstifadə olunmayan penalti: Fərzəliyev, 25,53.
Sarı vərəqə: Serjiu, 10,16, Borisov, 13,30//Yanovski, 30,49.
Azərbaycan: Andrey Tveryankin, Serjiu Luiş Lukaş, Felipe Ribeyru Dos Santos, Sergey Çuykov, Edilson Alveş de Souza, Qabriel Tyaqu Rodrigeş, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Marat Salyanski. Baş məşqçi: Joze Alesiu Da Silva.
Çex Resp: Libor Gerçyak, Martin Dluhi, Marek Kopeçki, David Friç, Lukaş Reşetyar
Tomaş Meller, Radovan Krulik, Yozef Havel, İrji Novotnı, Mixal Beley, Zdenek Slyama, Yan Yanovski. Baş məşqçi: Tomaş Nöymann.


Xəbər 976 dəfə oxundu.