Qurban Qurbanovun 48-ci oyunu
2008-ci ilin yayından "Qarabağ"ın "sükanı arxasına" keçən Qurban Qurbanov altıncı mövsümdür ki. komandanı qitəmiqyaslı yarışa çıxarır. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ardıcıl ikinci mövsümdür ki. Avropa Liqasının qrup mərhələsində oyuna çıxır.

"Anderlext"lə keçirilən görüş Qurbanovun 48-ci avrokubok qarşılaşması olub.

43 yaşlı mütəxəssis komanda ilə avrokuboklarda 2009-cu il iyulun 16-da debüt edib. 2009/10 mövsümünün Avropa liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Norveçdə "Rusenborq"la üz-üzə gəlib.

Xəbər 720 dəfə oxundu.