“Zirvəçilər” Litvadakı Avropa çempionatına yollanır
Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulacaq. Qadınlar 7 (48 kg, 53 kg, 58 kg, 63 kg, 69 kg, 75 kg, +75 kg), kişilər isə 8 (56 kg, 62 kg, 69 kg, 77 kg, 85 kg, 94 kg, 105 kg, +105 kg) çəki dərəcəsində yarışacaqlar.
Avropa çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Onlardan altısı “Zirvə” İdman Klubunun nümayəndələridir. Siyahı diqqətinizə çatdırırıq:

U-20
Emin Mirzəyev (Lerik-Zirvə) – 56 kq
Allahyar Abışov – 62 kq
Elşad Şərifov (Şamaxı-Zirvə) – 77 kq
Dadaş Dadaşbəyli (Qobustan-Zirvə) – 105 kq
Azər Məmmədli (Lənkəran-Zirvə) – +105 kq

U-23
Anastasiya İbrahimli (Abşeron-Zirvə) – 69 kq
Firudin Quliyev (Goranboy-Zirvə) – 69 kq

Xəbər 911 dəfə oxundu.