​"Qarabağ" "Anderlext" ilə oyunda hesabı açıb 1:0 - YENİLƏNİR
Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirir.

Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın "Anderlext" klubunu qəbul edir.

Oyunda hesab "Qarabağ"ın xeyrinədir. Matçın 36-cı dəqiqəsində Riçard Almeida uzaqdan vurduğu zərbə ilə hesabı açıb - 1:0.

Qarşılaşmanı avstriyalı hakim Oliver Draxta idarə edir.

"Qarabağ" ilk turda İngiltərədə "Tottenhem Hotspur"a 1:3 hesabı ilə məğlub olub.
Avropa Liqası, qrup mərhələsi, II tur

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0

Qol: Riçard Almeida, 36 (1:0)

Xəbər 855 dəfə oxundu.