Azərbaycan Skautlar Assosiasiyası ilə Dünya Skaut Hərəkatı Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
Xəbər verdiyimiz kimi, 2017-ci ildə 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu Azərbaycanda keçiriləcək.

Bununla əlaqədar oktyabrın 1-də “Holiday İnn Baku” mehmanxanasında Azərbaycan Skautlar Assosiasiyası və Dünya Skaut Hərəkatı Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı və Dünya Skaut Komitəsinin baş katibi Skot Teareni imzalayıblar.

Xəbər 763 dəfə oxundu.