Kaxaber Sxadadze: Oyunda xeyli qol vəziyyətləri yaratdıq
"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze dünən "Şturm"la keçirilmiş yoxlama matçı haqda fikirlərini bölüşüb. İdman.com.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis görüşlə bağlı bunları deyib:

"Rəqibimiz kifayət qədər güclü komanda idi. Atletik futbol sərgiləməsi ilə fərqlənirdi. Buna baxmayaraq, "İnter" daha yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Görüşdə yaratdığımız qol vəziyyətlərindən yararlansaydıq, o zaman hesab daha böyük ola bilərdi".

Qeyd edək ki, Bakı "İnter"i Avstriyanın adlı-sanlı "Strum" klubunu 2:1 hesabı ilə məğlub edib.

Xəbər 979 dəfə oxundu.