Bakıda şahmat üzrə Dünya Kubokunun final mərhələsi başlayır
Bu gün Azərbaycanın paytaxtında şahmat üzrə Dünya Kubokunun final mərhələsi başlanır.

Həlledici qarşılaşmada rusiyalı qrossmeysterlər Pyotr Svidler və Sergey Karyakin görüşəcəklər.

Qeyd edək ki, final dörd klassik partiyadan ibarət olacaq. Əgər bu oyunlarda qalib müəyyənləşməsə, rəqiblər tay-breyk oynamalı olacaqlar. Sankt-Peterburqdan olan şahmatçı P.Svidler reqlamentdə nəzərdə tutulan dörd partiyanın birincisində ağ fiqurlarla oynayacaq.

Sentyabrın 30-u yarışda istirahət günü olub.

Xəbər 736 dəfə oxundu.