“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının vaxtı müəyyənləşib
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının Parisdə iclası keçirilib.

İclasda gələn ilki çempionatın təqvimi təsdiq olunub. Təqvimin ilkin versiyası ilə müqayisədə 8 yarışın yeri dəyişdirilib. Mövsüm apreldə deyil, martın 20-də Melburnda start götürəcək.

Debüt Bakı Qran-prisi iyuldan iyuna keçirilib. Bakı bu mötəbər yarışı iyunun 19-da qəbul edəcək. Avropada daha bir mötəbər avtomobil yarışının - 24 saatlıq Le-Man turnirinin finişinin də Avropa Qran-prisinin finişi ilə üst-üstə düşməsin deyə Bakıda yarışın startı xeyli irəli çəkilib.

Yay fasiləsinin də tarixi dəyişdirilib. Hokkenhaymda Almaniya Qran-prisi iyulun 31-də, növbəti Belçika Qran-prisi isə avqustun 28-nə təyin olunub. Malayziya Qran-prisi oktyabrın 2-də baş tutacaq. Mövsüm noyabrın 27-də Abu-Dabidə başa çatacaq.

Xəbər 668 dəfə oxundu.