​İranın aparıcı futbol klubunun kapitanı vəfat edib
Futbol üzrə İranın Yüksək Liqasının "Perspolis" klubunun kapitanı Hadi Noruzi gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərə görə, 30 yaşlı futbolçu gecə saatlarında yatağında ürək tutması keçirib. Onu xəstəxanaya aparıblar. Həkimlərin səylərinə baxmayaraq, futbolçunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Yüksək liqanın 7-ci turundan sonra "Perspolis" klubu 7 xalla 11-ci yerdədir.
Təbrizin "Traktor" komandası isə o qədər xalla turnir cədvəlində 10-cu yerdədir.

Xəbər 723 dəfə oxundu.