Fariz Yusifovun cəzası rəsmiləşdi | |
Topaz Premyer Liqasının VI turunda “Qarabağ” – “Neftçi” matçını (1:1) idarə etmiş Fariz Yusifov cəzalandırılıb. Sabiq FİFA referisi qarşıdakı 5 turda təyinat almayacaq. Hələ bir neçə gün öncə saytımıza müsahibə verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Qarabağ” – “Neftçi” matçında zəif idarəçiliklə yadda qalan Fariz Yusifovun cəzalandırılacağını açıqlamışdı. Həmin görüşün son dəqiqələrində qonaqların qapısına şübhəli penalti təyin edən Yusifova ağır cəza kəsilib. Belə ki, təcrübəli referi ölkə çempionatının 7-11-ci turlarında təyinat almayacaq. |
|
Xəbər 696 dəfə oxundu. |
|
|