UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun növbəti oyunları
Sentyabrın 30-da UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti görüşləri keçiriləcək.

Yarışların “A”, “B”, “C” və “D” qruplarında çıxış edən komandalar növbəti oyunlarına çıxacaqlar.

“A” qrupunda İspaniyanın “Real” Madrid klubu səfərdə “Malmö” komandası ilə qarşılaşacaq. “Kral” klubu İsveç səfərindən də üç xal qazanaraq qrupda liderliyini möhkəmləndirmək niyyətindədir.

Qrupun digər komandası “PSJ” (Fransa) Ukrayna təmsilçisi “Şaxtyor”la səfər matçına çıxacaq.

“B” qrupunda ilk turda “Mançester Yunayted”ə (İngiltərə) qalib gələn Hollandiyanın “PSV Eyndhoven” klubu Rusiyanın “MOİK”nin qonağı olacaq. İngilis klubu isə “Old Trafford” stadionunda Almaniyanın “Volfsburq”nu qəbul edəcək.

“C” qrupunda Türkiyənin “Qalatasaray” klubu Qazaxıstanda turnirin debütantı “Astana”nın qonağı olacaq. Qrupun digər qarşılaşmasında “Atletiko” (Madrid, İspaniya) Portuqaliya təmsilçisi “Benfika”nı qəbul edəcək.

“D” qrupunda ötən mövsümün Çempionlar Liqasının finalçısı “Yuventus” (İtaliya) Avroliqanın qalibi “Sevilya” ilə qarşılaşacaq. Digər oyunda isə “Mançester Siti” ilə ”Borussiya” (Mönhenqladbax, Almaniya) üz-üzə gələcək.

Xəbər 678 dəfə oxundu.