Karyerasını yenicə bitirən oyunçumuz klub meneceri oldu
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü Oksana Kurt fəaliyyətinə klub meneceri kimi davam edəcək. 31 yaşlı voleybolçumuz bundan sonra "Azərreyl"in uğurları üçün menecer kimi çalışacaq.

Xatırladaq ki, təcrübəli toppaylayıcı professional karyerasına son verdiyini qitə birinciliyindən sonra açıqlayıb.

Xəbər 656 dəfə oxundu.