Qurban Qurbanov: Bizi çox sürətli komanda ilə çətin oyun gözləyir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun öncəsi fikirlərini bölüşüb. Ağdam klubunun çalışdırıcısı bunları söyləyib:

"Sabah bizi çox sürətli komanda ilə oyun gözləyir. Belçikalılar böyük təcrübəyə malikdirlər. Ona görə də ehtiyatlı olmalıyıq. Çünki rəqibin heyətində matçın taleyini təkbaşına həll etməyə qadir futbolçular var".

Xəbər 703 dəfə oxundu.