Azərbaycan AÇ-2016-nın final mərhələsinin püşkündə üçüncü səbətdə olacaq
Oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda futzal üzrə AÇ-2016-nın final mərhələsinin püşkü atılacaq. Qitə birinciliyində mübarizə aparacaq 12 komanda arasında Azərbaycan yığması da yer alıb.

Artıq püşkatma zamanı millimizin hansı səbətdə yer alacağı da bəllidir. 12 iştirakçı hərəsində 4 komanda olmaqla 3 səbətə bölünüb. Azərbaycan ən zəiflərin yer aldığı üçüncü səbətdə qərarlaşıb.

1-ci səbət: Serbiya, İtaliya, İspaniya, Rusiya
2-ci səbət: Portuqaliya, Ukrayna, Xorvatiya, Çexiya
3-cü səbət: Sloveniya, Azərbaycan, Macarıstan, Qazaxıstan

Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin oyunları 2-13 fevralda baş tutacaq.

Xəbər 675 dəfə oxundu.