Bu gün Çempionlar Liqasında "Qalatasaray" debütant "Astana" ilə qarşılaşacaq
Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin II turunun son 8 oyunu keçiriləcək. Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" Qazaxıstanda debütant "Astana"nın qonağı olacaq.
Hər iki komanda ilk turu məğlubiyyətlə başa vurub. "Qalatasaray" evdə İspaniya "Atletiko"suna, "Astana" Portuqaliyada "Benfika"ya eyni hesabla uduzub - 0:2. C qrupunun digər matçı "Atletiko" ilə "Barselona" arasında olacaq.

İspaniyanın digər təmsilçisi "Real Madrid" isə İsveçdə "Malmö"nün qonağı olacaq. A qrupunda "kral klubu"nun ilk turda darmadağın etdiyi "Şaxtyor" isə Ukraynada Fransa PSJ-sini qəbul edəcək.
B qrupunda ilk turu məğlubiyyətlə başa vurmuş Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i indi evdə oynayacaq. Onlar müvafiq olaraq, Hollandiya PSV-si ilə Almaniya "Volfsburq"unu qəbul edəcəklər.
D qrupunda ilk turdan üzüağ çıxmış İtaliya "Yuventus"u ilə Avropa Liqasının qalibi İspaniya "Sevilya"sı indi bir-biri ilə üz-üzə gələcək. Digər qarşılaşma isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" komandaları arasında olacaq.

Çempionlar Liqası, II tur

A qrupu
"Malmö" (İsveç) - "Real Madrid" (İspaniya)
Baş hakim: Cüneyt Çakır
"Şaxtyor" (Ukrayna) - PSJ (Fransa)
Baş hakim: Deniz Aytekin (Almaniya)
Xal durumu: "Real Madrid" - 3, PSJ - 3, "Malmö" - 0, "Şaxtyor" - 0.

B qrupu
MOİK (Moskva, Rusiya) - PSV (Hollandiya)
Baş hakim: Ruddi Buke (Fransa)
"Mançester Yunayted" (İngiltərə) - "Volfsburq" (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Xal durumu: PSV - 3, "Volfsburq" - 3, "Mançester Yunayted" - 0, MOİK - 0

C qrupu
"Astana" (Qazaxıstan) - "Qalatasaray" (Türkiyə)
Baş hakim: Martin Strömberqsson (İsveç)
"Atletiko" (İspaniya) - "Benfika" (Portuqaliya)
Baş hakim: Canluka Rokki (İtaliya)
Xal durumu: "Atletiko" - 3, "Benfika" - 3, "Astana" - 0, "Qalatasaray" - 0.

D qrupu
"Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Yonas Eriksson (İsveç)
"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Kleman Turpen (Fransa)
Xal durumu: "Sevilya" - 3, "Yuventus" - 3, "Mançester Siti" - 0, "Borussiya" M - 0
İlk oyun gününün nəticələri:

29 sentyabr

E qrupu
BATE (Belarus) - "Roma" (İtaliya) - 3:2
Qollar: İqor Staseviç, 8. Filip Mladenoviç, 12; 30 - Jervinyo, 68. Vasilis Torosidis, 82
"Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:1
Qollar: Serxi Roberto, 80. Luis Suares, 82 - Kiriakos Papadopulos, 22
Xal durumu: "Barselona" - 4, "Bayer" - 3, BATE - 3, "Roma" - 1.

F qrupu
"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:3
Qollar: Teo Uolkott, 35. Aleksis Sançes, 65 - Felipe Pardo, 33. David Ospina, 40-öz qapısına. Alfred Finnboqason, 66
"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 5:0
Qollar: Duqlas Kosta, 13. Robert Levandovski, 21; 28; 55. Mario Götze, 25
Xal durumu: "Bavariya" - 6, "Olimpiakos" - 3, "Dinamo" Z - 3, "Arsenal" - 0.

G qrupu
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 2:1
Qollar: Andre Andre, 39. Maykon, 52 - Villian, 45+2
"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2
Qol: Andrey Yarmolenko, 4. Junior Moraeş, 50
Xal durumu: "Portu" - 4, "Dinamo" K - 4, "Çelsi" - 3, "Makkabi" - 0.

H qrupu
"Zenit" (Rusiya) - "Gent" (Belçika) - 2:1
Qollar: Artyom Dzyuba, 35. Oleq Şatov, 67 - Tomas Matton, 56
"Lion" (Fransa) - "Valensiya" (İspaniya) - 0:1
Qol: Sofian Fequli, 42
Xal durumu: "Zenit" - 6, "Valensiya" - 3, "Lion" - 1, "Gent" - 1.

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Xəbər 672 dəfə oxundu.