Rəvan Spartakla üz-üzə
"Rəvan" bu gün UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxır. "Aslanlar"ın son Azərbaycan çempionu olan U-19 komandası Moskva "Spartak"ı ilə üz-üzə gələcək.

"Rəvan" ilk oyununu Rusiyada keçirəcək. Komandamız səfərdə sərfəli nəticə qazana bilsə, bir həftə sonra doğma meydanda baş tutacaq görüşdə növbəti mərhələyə vəsiqə qazanmaq şansı əldə edəcək.

UEFA Gənclər Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
30 sentyabr

17:00. "Spartak" (Moskva) - "Rəvan" (Azərbaycan)
Baş hakim: Eyko Saar (Estoniya).
Moskva. "Spartak" stadionu.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 770 dəfə oxundu.