“Neftçi” futbol klubunun sabiq hücumçusu karyerasını Rusiyada davam etdirəcək
Bakının “Neftçi” futbol klubunun sabiq hücumçusu Nikolas Kanales karyerasını Rusiyada davam etdirəcək.

Çilili futbolçu Rusiyanın “Krılya Sovetov” komandasına transfer olunub.

Otuz yaşlı forvard “Neftçi”dən ayrılandan bəri klubsuz idi. Amma o, yeni komandasının iştirak ərizəsinə salınacaq və “Krılya Sovetov”un növbəti oyunlarında meydana çıxa biləcək.

Xatırladaq ki, Nikolas Kanales “Neftçi”də 2012/2013 və 2014/2015-ci il mövsümlərində forma geyinib. Futbolçu Bakı təmsilçisinin heyətində 52 oyunda 39 qol vurub.

Xəbər 677 dəfə oxundu.