Bahadır Nəsimov: Əks hücumlarımız istədiyimiz kimi alındı
"Neftçi"nin hücumçusu Bahadır Nəsimov ötən gün qarşılaşdıqları "Poloniya" ilə görüşdən sonra klubun rəsmi saytına danışıb. İdman.com.az saytının məlumatına görə, o, 3:1 hesablı qələbələrini belə şərh edib:

"İlk dəqiqələrdən oyuna biz diqtə etdik. Əks hücumlarımız da istədiyimiz kimi alındı. Qələbə qazanmaqla finala çıxmaq şansımızı da saxladıq. Üstəlik qrupumuzun digər matçında "Paxtakor" klubu "Metallist"ə qalib gəlib. Deməli bütün klubların şansları bərabərdi. Çalışacağıq ki, "Paxtakor"la qarşılaşmada da 3 xal əldə edək".

Xəbər 929 dəfə oxundu.