"Barselona"nın daha bir futbolçusu uzun müddətə sıradan çıxıb
B İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta 4 həftə oynamayacaq. Təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasında qrup mərhələsinin Almaniya "Bayer"i ilə matçında zədələnib. Görüş Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Tibbi müayinə zamanı İnyestanın sağ ayağının dizaltı vətərində problem aşkarlanıb.

Qeyd edək ki, daha öncə "Barselona" Lionel Messinin də xidmətindən uzun müddətə məhrum olub. Argentinalı hücumçu 8 həftə müddətinə sıradan çıxıb.

Xəbər 649 dəfə oxundu.