Bonilya “Zirə”dən ayrılır
“Zirə”nin hücumçusu Nelson Bonilya oktyabrın 7-də komandanın düşərgəsini tərk edəcək.Buna səbəb 25 yaşlı futbolçunun milli komandasına dəvət almasıdı.

Belə ki, Salvador yığması oktyabrın 9-da Haiti, 4 gün sonra isə Qvatemala ilə yoldaşlıq görüşü keçirəcək. Dünəndən etibarən məşqlərə start verən mərkəzi amerikalıların düşərgəsində hələ ki, yalnız yerli çempionatda çıxış edən futbolçular qərarlaşıb.

Legionerlərin oktyabrın 7-8-dən etibarən milliyə qatılacağını bildirən baş məşqçi Ramon Maradiaqa siyahıda Bonilyanın adının olduğunu açıqlayıb.

Milliyə dəvət aldığını ölkəsinin mətbuatına açıqlamasında futbolçunun özü də təsdiqləyib: “Klubun heyətində var gücünlə çalışırsan ki, yığmaya dəvət alasan. Sonuncu dəfə milinin düşərgəsini futbola aid olmayan səbəbə görə erkən tərk etməli olmuşdum. İndi isə özümü tam hazır hesab edirəm və yenidən yığmanın formasını geyinəcəyim üçün xoşbəxtəm”.

Qeyd edək ki, 2012-ci ildən Salvador yığmasına çağırılan Bonilya millidə 21 oyunda 7 qola imza atıb.

Xəbər 647 dəfə oxundu.