“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley qolunu vurub
“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Bu, Topaz Premyer Liqasının VI turuna təsadüf edib. Penaltidən dəqiq istifadə edən cənubi amerikalı hesabı bərabərləşdirməklə yanaşı, mövsümdə 3-cü, ümumilikdə isə 25-ci qolunu vurub. R.Almeyda buna 92 matçda nail olub. O, 2012/2013-cü il mövsümündə 13, 2013/2014-cü il mövsümündə 6, 2014/2015-ci il və 2015/2016-cı il mövsümlərinin hərəsində 3 dəfə fərqlənib.

Futbolçu Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 7-ci braziliyalı legioner olub. Qeyd edək ki, R.Almeydaya qədər Leandro Qomeş 41, Junivan Suares 40, Junior Nildo 37, Reynaldo Silva 34, Flavio Aleks Valensio 31, Fabio Luis Ramim isə 27 dəfə fərqlənmişdi.

AZƏRTAC

Xəbər 658 dəfə oxundu.