Hərbçilərin VI Dünya Oyunlarında mübarizə aparacaq Azərbaycan boksçuların heyəti müəyyənləşib
Oktyabrın 2-dən 12-dək Cənubi Koreyanın Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçiriləcək.

Azərbaycanın idman şərəfini boks yarışlarında 7 idmançı qoruyacaq. Onların arasında dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionatının qalibi Salman Əlizadə (49 kq) kimi tanınmış boksçular var. Onlarla yanaşı, komandanın tərkibində Məsud Yusifzadə (52 kq), Elvin İsayev (60 kq), Cavid Quliyev (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədəli Tahirzadə (91 kq) mübarizə aparacaqlar.

Azərbaycan komandası məşqçi Rauf Aydınovun rəhbərliyi altında sentyabrın 30-da Cənubi Koreyaya yollanacaq.

Xəbər 719 dəfə oxundu.