Sumqayıt Kəpəzlə oyunun hazırlığına start verib
Topaz Premyer Liqasının 7-ci turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahəti başa vurub. Komanda bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

Heyətdə zədəli futbolçu yer almır. Son turda AZAL-la qarşılaşmada zədələnmiş Tofiq Mikayılovda artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu oktyabrın 4-də saat 16:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

Xəbər 689 dəfə oxundu.