Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində birinci oyununu keçirib
Futbol üzrə on yeddi yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması sentyabrın 29-da ilk oyununu keçirib.

Çexiya yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub.

Yığmamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da Belçika komandasına qarşı keçirəcək.

Komandamızın mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunur.

AZƏRTAC

Xəbər 694 dəfə oxundu.