Xəzər Lənkəran Qəbələ ilə oyunun hazırlığına sabahdan başlayacaq
Premyer Liqanın 6-cı turunda Bakının “Zirə” klubuna son dəqiqələrdə penalti qolu ilə məğlub olan “Xəzər Lənkəran” bu oyundan sonra qısa müddətli istirahətə çəkilib. Sözügedən komanda sabah - sentyabrın 30-da Lənkəranda toplaşacaq və “Qəbələ” ilə səfər oyununun hazırlığına start verəcək.

Oktyabr ayının 3-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də Qəbələdə keçirib, oyun saatını gözləyəcək.

Xəbər 686 dəfə oxundu.