Ağdam rayonunda peşəkarlar arasında kikboksinq yarışı keçiriləcək
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 1-də kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək.

Ağdam Olimpiya Kompleksində təşkil ediləcək turnir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq.

Yarışla bağlı məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev belə tədbirlərin keçirilməsinin cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və bölgələrdə gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət etdiyini bildirib. Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Bildirilib ki, Federasiyanın təqvim planına əsasən, 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi də müəyyən ediləcək.

AZƏRTAC

Xəbər 747 dəfə oxundu.