Bolqarıstan millisinin Xorvatiya və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
Bolqarıstan milli komandasının Xorvatiya və Azərbaycan yığmaları ilə keçirəcəyi futbol üzrə AVRO-2016-nın seçmə qrup oyunları üçün heyəti açıqlanıb. Baş məşqçi İvaylo Petev qarşıdakı görüşlərə 23 futbolçu çağırıb.

Qapıçılar: Bojidar Mitrev ("Şerif", Moldova), Blaqoy Makenciyev ("Beroe"), Plamen İliyev ("Botoşani", Rumıniya)

Müdafiəçilər: Aleksandr Aleksandrov ("Ludoqorets"), İvo İvanov ("Beroe"), Georgi Terziyev ("Ludoqorets"), İvan İvanov ("Bazel", İsveçrə), Straxil Popov ("Liteks"), Jivko Milanov ("Levski"), Anton Nedyalkov ("Liteks"), Asen Georgiyev ("Montana")

Yarımmüdafiəçilər: Simeon Slavçev ("Apollon", Kipr), Georgi Kostadinov ("Levski"), Xristo Zlatinski ("Universitatya" Krayova, "Rumıniya), Todor Nedelev ("Maynts", Almaniya), Anton Karaçanakov ("Slaviya" Sofiya), Mixail Aleksandrov ("Ludoqorets"), İvelin Popov ("Spartak" Moskva, Rusiya), Georgi Milanov (MOİK Moskva, Rusiya)

Hücumçular: Aleksandr Tonev ("Frozinone"), İvaylo Çoçev ("Palermo"), Dimitar Rangelov ("Konyaspor", Türkiyə), Andrey Qalabinov ("Novara", İtaliya).

Qeyd edək ki, oktyabrın 10-da Zaqrebdə Xortatiyanın qonağı olacaq Bolqarıstan millisi bundan üç gün sonra Azərbaycan yığmasını qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Xəbər 640 dəfə oxundu.