“Spartak”–“Rəvan” oyununu estoniyalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən “Rəvan” klubu sentyabrın 29-da Moskvaya yollanacaq.

“Rəvan” qitə miqyaslı turnirin birinci mərhələsinin ilk oyununda Rusiyanın "Spartak” komandası ilə qarşılaşacaq.

Moskvada “Holiday İnn” otelində məskunlaşacaq komanda sentyabrın 30-da "Spartak” stadionunda meydana çıxacaq.

“Spartak”–“Rəvan” oyununu estoniyalı baş hakim Eyko Saar idarə edəcək. Ona həmyerliləri Silver Koiv və Aron Harsinq kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını rusiyalı Yevgeni Turbin yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi belaruslu Yevgeni Tratsyuk, hakim-inspektoru isə Türkiyədən Erol Ersoy olacaq.

Komandalar arasında cavab oyunu isə oktyabrın 21-də "Dalğa Arena” stadionunda keçiriləcək.

AZƏRTAC

Xəbər 734 dəfə oxundu.