“Baku United” UEFA Kubokuna hazırlaşır
İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” UEFA Futzal Kubokunun əsas mərhələsi çərçivəsinə hazırlıqlarını davam etdirir. İngiltərədə son üç mövsümün çempionu olan “bakılılar” adı çəkilən ölkəni Avropada təmsil edəcək.

“Baku United” elit raunduna çıxmaq uğrunda F qrupunda Xorvatiyanın “Nasional”, Macarıstanın “Gyor” və Belarusun “Lida” klubları ilə mübarizə aparacaq. Sentyabrın 29-da start götürəcək oyunlar Macarıstanda keçiriləcək.

Hazırda “Baku United” yenidən təşkili mərhələsini yaşayır. Belə ki, əsas resurslar uşaq və gənclər komandalarının inkişafına yönəldilib. Buna baxmayaraq, “Baku United” yenə də iddiasını saxlamaqdadı.

Xəbər 663 dəfə oxundu.