"Xəzər Lənkəran" braziliyalı futbolçunun yolunu gözləyir
"Həm Türkiyədən, həm də Braziliyadan danışıqlar apardığımız futbolçular var". İdman.com.az saytının xəbərinə görə, bunu "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi qarşıdakı həftədə hər şeyə aydınlıq gələcəyini bildirib:

"Hansı klubdan olmaları və kimliklərini demək düzgün olmaz. Lakin müdafiə, yarımmüdafiə və hücum xəttinə bizə futbolçu lazımdır. Danışıqlar apardığımız futbolçularla anlaşmamızın alınıb, alınmaması qarşıdakı həftədə bilinəcək".

Xəbər 934 dəfə oxundu.