"Qarabağ" - "Anderlext" oyununa 5000 bilet satılıb
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın Bakıda Belçika "Anderlext"i ilə keçirəcəyi oyuna 5000 bilet satılıb. Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, bilet satışı əsasən səhər və axşam saatlarında daha da intensivləşir.
A
rtıq Belçika təmsilçisinin Bakıya gələcəyi vaxt da müəyyənləşib. Qonaq komanda sentyabrın 30-da günorta saatlarında paytaxtda olacaq. Sabah həm "Qarabağ", həm də "Anderlext"in baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 22:00-da start götürəcək.

Xəbər 667 dəfə oxundu.