Fiziki qüsurluların dünya oyunlarına start verilib
Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə 2015-ci il Fiziki Qüsurluların Dünya Oyunlarına start verilib. İdmanın oxatma, güləş, yüngül atletika, üzgüçülük, stolüstü tennis növü üzrə keçirilən Oyunlarda para-taekvondo yarışları da yer almışdır. 26 sentyabr tarixində Soçi şəhərinə yola düşən para-taekvondo milli komandamız,bu yarışda 6 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Əvəz Tağıyevin yetirmələrindən, sonuncu dünya çempionatının qalibləri, komandanın kapitanı Nicat Müslümov (-75 kq)(K 42), Aleksandr Polişuk (+75 kq)(K42) və Aynur Məmmədova (+58 kq)(K 42), Namiq Abbasov (-61 kq)(K43), Rövşən Qəhrəmanlı (-61 kq)(K44) və (-61 kq)(K42) və eləcə də Emin Nüsrətdinov (-61 kq) (K42) dayanq üzərinə çıxacaq. Nəzərinizə çatdırıq ki, para-taekvondo yarışları 1-2 oktyabr tarixlərində keçiriləcək. Millimiz vətənə 3 oktyabrda geri dönəcək.

Xəbər 709 dəfə oxundu.